Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”

"Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”
Ermənistan Rusiya ilə siyasi və hərbi əlaqələrini kəsməkdə davam edir.
Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin İrəvanın Zvartnots hava limanında rus sərhədçilərin xidmətinin dayandırılması tələbini qiymətləndirərkən “Qazate”ya açıqlamasında deyib.

“Rusiya sərhədçilərinin Zvartnotsda xidmətinin dayandırılması tələbi Paşinyanın hakimiyyətə gəlişindən bəri tutduğu kursun davam etməsi deməkdir. Bu prosesi indiyə qədər proqnozlaşdırmaq olardı”, - o bildirib.

Rusiyalı deputat hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etmək istəmədiyi yeganə şey iqtisadi-ticarət əlaqələridir:

“Biz Qərbə xoş gəlmək üçün hər hansı bəhanə ilə Rusiya ilə münasibətləri kəsməkdən danışırıq. Lakin Paşinyan Rusiya ilə iqtisadi əlaqələrdən yapışacaq, çünki xüsusi hərbi əməliyyat, yerdəyişmələr və yeni vəziyyət sayəsində Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”.

Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində xüsusi rol oynayan Ermənistan bu qanunsuz əməliyyatlar sayəsində milyardlarla dollar əldə edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş