Sizin reklam burada
Sizin reklam burada

"Şolts ən zəif halqa rolunu oynayır"

"Şolts ən zəif halqa rolunu oynayır"
Almaniya Kansleri Olaf Şols NATO-nun Ukraynanı xilas etmək kampaniyasında ən zəif halqa rolunu oynayır.
Bu barədə “The Times” yazır.

Nəşr bildirir ki, deşifrə edilən alman generalları arasında məxfi söhbət Ukraynaya hərbi yardımla bağlı Berlinin çaşqınlığını göstərir, Şolz hökumətinin Rusiya ilə mübarizədə ləngliyi və səriştəsizliyi müttəfiqlərin narahatlığını artırır.

Mənbə xatırladır ki, Almaniya yalnız Polşanın təzyiqi ilə Ukraynaya cəmi 14 “Leopard” tankı göndərib, indi kansler “Taurus” qanadlı raketlərinin göndərilməsinə etiraz edir. Şolz ondan ehtiyatlanır ki, Ukrayna bu raketlərlə Krım körpüsünü dağıdacaq və yarımadadakı Rusiya qüvvələrini hədəfə alacaq.

“Almaniyada bu silahlardan təxminən 600 ədəd var, bunların təxminən dörddə biri Ukraynaya göndərilə bilər”, - nəşr yazır.

Şolzun “Taurus”la bağlı hərəkətə keçmək istəməməsi iki ehtimalla bağlıdır: alman qoşunlarının döyüş zonasına göndərilməsi ilə bağlı konstitusiya tabusu və bunu “ciddi eskalasiya” kimi qəbul edə biləcək Rusiya ilə əlaqədar qorxu.

“Bu çəkindirici amillər Ukraynanın yüksək komandanlığına inamsızlıq və Prezident Putinə layiq olmayan hörmət kimi görünə bilər”, - təhlildə qeyd olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş