Sizin reklam burada
Sizin reklam burada

“Qətiyyətli davranan dövlət başçıları lazımdır"

“Qətiyyətli davranan dövlət başçıları lazımdır"
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Almaniya kansleri Olaf Şoltsun həddən artıq qərarsız olduğunu bildirib və onun “Taurus” raketlərini Ukraynaya ötürməkdən imtina etməsini tənqid edib.
Bu barədə “European Truth” məlumat yayıb.

“Bizə qətiyyətli davranan dövlət başçıları lazımdır. Bizə daha qətiyyətli Almaniya hökuməti lazımdır. Kansler Şolts çox yavaş, çox qərarsızdır. O, liderə bənzəmir", - o bildirib.

O qeyd edib ki, Almaniyanın Ukraynaya “Taurus”ları niyə vermədiyini anlamır.

Rasmussen Avropanın müharibə iqtisadiyyatına keçməli və Ukraynanı bütün lazımi silahlarla təmin etməli olduğunu vurğulayıb:

“Biz nəhayət, vəziyyətin ciddiliyini başa düşməliyik. Putin xüsusən də ABŞ seçkiləri öncəsi geri çəkilməyəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş