Sizin reklam burada
Sizin reklam burada

"Azərbaycan Ermənistanın mövcud daxil təhlükəsizlik sistemi ilə razlaşmır"

"Azərbaycan Ermənistanın mövcud daxil təhlükəsizlik sistemi ilə razlaşmır"
Fransanın Ermənistana verdiyi zirehli texnikalar Azərbaycana qarşı nəzərdə tutulmayıb.
Bunu erməni politoloq Alen Qevondyan deyib.

“Fransanın Ermənistana verdiyi “Bastion” zirehli texnikaları daxili təhlükəsizlik və vətəndaş qarşıdurmaları zamanı özünü sübut etmiş maşınlardır. Hazırda BMT-nin Afrikadakı sülhməramlıları bir neçə ölkədə patrul xidməti aparırlar. Fransa bunları əsasən Afrika, o cümlədən müstəmləkə ölkələri və İsveçə satıb. Ukrayna bu maşınlardan imtina edib.

İndi sual budur: Afrikadakı problemləri həll edə bilməyən bu maşınlar coğrafi reallığın fərqli olduğu Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında mümkün hərbi münaqişəda nə edəcək? Heç nə!

Bəs bunlar niyə alınıb? Bir dəfə söyləmişdim, indi bir də deyirəm: Daxili İşlər Nazirliyinin nəzdində Milli Qvardiya yaradılır, bu texnikalar da həmin strukturu təmin etmək üçün alınıb. Bunun əsas səbəbini bilirsinizmi? Azərbaycanlılar sülh razılaşması üzrə Ermənistana qayıdanda yarana biləcək daxili toqquşmaların qarşısını almaq, yaxud ölkədə sabitlik və nizam-intizamı təmin etmək üçün”, - ekspert bildirib.

Qevondyanın iddiasına görə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanda daxili sabitliyi təmin etmək vəzifəsi yeni Milli Qvardiya ilə yanaşı, beynəlxalq missiyaya veriləcək. Politoloq əlavə edib ki, Azərbaycan Ermənistanın mövcud daxil təhlükəsizlik sistemi ilə razlaşmır, İrəvan Milli Qvardiyanı sülh razılaşması çərçivəsində bu səbəbdən formalaşdırır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş