Sizin reklam burada
Sizin reklam burada

"Zelenski ölümcül təhlükə ilə üzləşə bilər"

"Zelenski ölümcül təhlükə ilə üzləşə bilər"
“ABŞ Rusiya ordusunun uğurla irəliləməsi fonunda Ukrayna Prezidenti Vladimir Zelenskini Kiyevdən təxliyə edə bilər”.
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı Stiven Brayan deyib.

“Zelenski hökumətinin Kiyevdə nə qədər dayana biləcəyini söyləmək mümkün deyil. Rusiya qoşunlarının irəliləməsi, ölkə daxilində artan iğtişaşlar, seçkilərdən imtina, Zelenskiyə qarşı çıxan insanların həbs olunması vəziyyəti daha da ümidsiz hala gətirir. Odur ki, Zelenski Kiyevdə ölümcül təhlükə ilə üzləşə bilər. Bu şəraitdə Pentaqonun Ukrayna liderini xilas edərək başqa yerə köçürməsi mümkündür. Lvov ən çox ehtimal olunan yerdir. Çünki rusların bura çatması çox çətindir”, – Brayan vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş