Sizin reklam burada
Sizin reklam burada

"Diplomatik əlaqələr aşağı həddə endirilməlidir"

"Diplomatik əlaqələr aşağı həddə endirilməlidir"
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə Avropa Birliyi ölkələrinin səfirləri qovulmalı və dövlətləri ilə diplomatik əlaqələr aşağı həddə endirilməlidir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, Avropa dövlətlərinin səfirlərinin Rusiya XİN rəhbəri ilə görüşdən imtina etməsi diplomatik missiyaların mövcudluğu ideyasına tamamilə ziddir.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov seçki öncəsi AB ölkələrinin diplomatları ilə görüş təyin edildiyini, lakin görüşə iki gün qalmış qarşı tərəfin bundan imtina etdiyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş