Sizin reklam burada
Sizin reklam burada

"Səsvermədə iştirakdan kənarlaşdırmaq qərarı konstitusiyaya ziddir"

"Səsvermədə iştirakdan kənarlaşdırmaq qərarı konstitusiyaya ziddir"
ABŞ-ın İllinoys ştatında hakimin Donald Trampı respublikaçıların dövlət başçısı vəzifəsinə namizədlər üçün keçirilən ilkin səsvermədə iştirakdan kənarlaşdırması qərarı konstitusiyaya ziddir.
Xarici mətbuat xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçkiqabağı qərargahı məlumat yayıb.

Namizədin təşviqat qərargahı hakimin qərarının konstitusiyaya zidd olduğunu və “tezliklə şikayət etməyi” planlaşdırdıqlarını vurğulayıb. Açıqlamada qeyd edilib ki, Tramp seçki bülletenində namizədlər siyahısında qalacaq. O, yarışda da liderliyini qorumağa davam edir.

Qeyd edək ki, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən Tramp Cənubi Karolinada keçirilən praymerizmdə böyük qələbə qazanmışdı. Həmçinin 2023-cü ildə Tramp Men və Kolorado ştatlarında keçirilən önseçimlərdə də iştirak etmək hüququndan məhrum edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş