Sizin reklam burada
Sizin reklam burada

"Qarşısını almaq üçün kifayət qədər silahımız olsaydı..."

"Qarşısını almaq üçün kifayət qədər silahımız olsaydı..."
“Avdiivkada heç bir möcüzə baş verə bilməzdi”.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, Avdiivkada baş verənlər təbii proses idi və möcüzə gözləməyə dəyməzdi:

“Biz başa düşürdük ki, işğalçı ora hansı qüvvələr toplayır. Əgər onun qarşısını almaq üçün kifayət qədər silahımız olsaydı, ordumuz mümkün olan və olmayan hər şeyi edərdi”.

Danilovun sözlərinə görə, bu gün Ukraynanın ən böyük problemi səmada Rusiya ilə mübarizə apara bilməməsidir:

“Avdiivkaya atılan on tonlarla partlayıcı başımızın üstündə uçur və biz bundan gizlənə bilmirik. Bu, Rusiyaya məxsus tənzimlənən hava bombası (KAB) idi. Buna rəğmən hərbçilər nə etməli olduqlarını bilirlər. Biz onlara yüz faiz etibar etməliyik. Çünki hər bir hərbi addımı şübhə altına alsaq, bu, ölkəmizi müdafiə edənlərə qarşı həqarət olar”, – Danilov vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş