Sizin reklam burada
Sizin reklam burada

"ABŞ İrandan göndərilən silah tədarükünün qarşısını qismən ala bilib"

"ABŞ İrandan göndərilən silah tədarükünün qarşısını qismən ala bilib"
“Hava zərbələri Husilərin hərbi imkanlarını zəiflədə bilib”.
Bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.

O bildirib ki, Birləşmiş Ştatlar İrandan Husilərə göndərilən silah tədarükünün qarşısını qismən ala bilib. Eyni zamanda ABŞ və müttəfiqləri Husi üsyançı hərəkatının infrastrukturuna zərbələr endirməklə onun hərbi imkanlarını zəiflədib.

“Biz Yəmənin Husilərin nəzarətində olan ərazilərinə zərbələr endiririk. Bu yolla Husilərin hərbi imkanlarını zəiflətməyə müvəffəq olmuşuq”, – Sabrina Sinq vurğulayıb.

Pentaqon nümayəndəsi etiraf edib ki, Husilər böyük potensiala malikdir. Lakin koalisiya qüvvələrinin hər zərbəsi bu imkanları azaldır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş