Sizin reklam burada
Sizin reklam burada

"Ukraynaya tədarük edilən texnikanı əvəz etməyə kifayət etmir"

"Ukraynaya tədarük edilən texnikanı əvəz etməyə kifayət etmir"
Silahlı qüvvələrə ayrılan maliyyə Ukraynaya tədarük edilən bütün texnikanı bir-bir əvəz etməyə kifayət etmir.
Bunu İsveç ordusunun komandiri Conni Lindfors bildirib.

C.Lindfors söyləyib ki, ilkin olaraq Kiyev rejiminə bağışlanan avadanlıqların tez bir zamanda yeniləri ilə əvəz oluna biləcəyi güman edilirdi. Lakin müdafiə sənayesi qiymətlərin bəzi hallarda ikiqat artdığını görüb.

O gileylənib ki, bu vəziyyət ölkənin döyüş hazırlığının aşağı düşməsinə gətirib çıxarır.

Qeyd edək ki, çərşənbə axşamı müdafiə naziri Paul Conson İsveçin Ukraynaya təxminən 680 milyon dollar dəyərində 15-ci yardım paketini elan edəcəyini bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş