Sizin reklam burada
Sizin reklam burada

"Azad Rusiya uğrunda mübarizəmi davam etdirəcəm”

"Azad Rusiya uğrunda mübarizəmi davam etdirəcəm”
“Mənim həyat yoldaşımı Putin öldürüb”.
Bunu həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya deyib.

O, 9 dəqiqəlik videomüraciətində, “Vladimir Putin ərimi öldürdü” ifadəsini işlədib.

Yuliya Navalnaya rus xalqını mübarizəsində ona dəstək olmağa çağırıb. Vladimir Putinin həyat yoldaşının ölümünə görə məsuliyyət daşıdığını bildirib.

Putinin onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını diqqətə çatdırıb:

“Mən Navalnının işini davam etdirəcəm və ölkəmiz üçün mübarizə aparacam. Azad Rusiya uğrunda mübarizəmi davam etdirəcəm”, – deyə Navalnaya vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş