Sizin reklam burada
Sizin reklam burada

"Alyansda şübhələr artır"

"Alyansda şübhələr artır"
NATO üzvləri Münxendə keçirilən təhlükəsizlik konfransında alyansa üzv dövlətlərdən birinə Rusiyadan hücum ehtimalını müzakirə ediblər.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu müzakirələr ABŞ-ın Ukraynaya hərbi dəstək verməməsindən narahatlığın artması fonunda baş tutub.

Bundan əlavə, qeyd edilir ki, Şimali Atlantika Alyansında ABŞ-ın Avropanın müdafiəçisi kimi ənənəvi rolunu saxlayacağına şübhələr artır.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələri Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə, NATO-ya alternativləri müzakirə edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş