Sizin reklam burada
Sizin reklam burada

“Mənim istefamı tələb edən siyasi qüvvələr çoxdur”

“Mənim istefamı tələb edən siyasi qüvvələr çoxdur”
“Mənim istefamı tələb edən, istəyən siyasi qüvvələr çoxdur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen və qonşu regionların erməni icmasının nümayəndələri ilə görüşdə istefası ilə bağlı suala cavabında qeyd edib.

İcma nümayəndəsinin sualı: “Bu qədər uğursuzluqdan sonra istefa verməyə, siyasət meydanından geri çəkilməyə cəsarətiniz varmı? Baş verənlərə görə cavabdeh şəxsin siz olduğunu anlayıb məsuliyyət götürürsünüzmü? Ermənistan məhvə doğru gedir”.

Nikol Paşinyanın cavabı: “Mənim istefa verməyimi istəyən siyasi qüvvələr çoxdur. Amma xalqdan səlahiyyət və mandat almışıq, ona görə də bunu edə bilmərik. Getsək, bu mandatı kimə buraxacağıq? İndi bizim vəzifəmiz itirilmiş torpaq üçün çalışmaq düşüncəsindən çıxmaqdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş