Sizin reklam burada
Sizin reklam burada

"Yüzdən çox avtomobil müsadirə olundu"

 "Yüzdən çox avtomobil müsadirə olundu"
Ermənistan hökuməti Qarabağdan qaçan separatçıların xidməti avtomobillərini müsadirə edir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan göstəriş verib.

Separatçılar Azərbaycan ərazisindən qaçdıqdan sonra avtomobillərini müxtəlif dayanacaqlarda saxlayıblar. Məlumata görə, Paşinyan qondarma rejimə xidmət edən avtomobil parkını qəbul etməkdən imtina edib. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinə separatçı rejim nümayəndələrinə məxsus avtomobilləri ələ keçirmək tapşırılıb. Hazırda yüzdən çox avtomobil müsadirə olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş