Sizin reklam burada
Sizin reklam burada

"Regionda xarici qüvvələrin mövcudluğu gərginliklər yaradacaq”

"Regionda xarici qüvvələrin mövcudluğu gərginliklər yaradacaq”
“İranla münasibətlərimiz pisləşir”.
Bunu türkoloq Varujan Geqamyan Paşinyanın müavininin İrana səfərini və prezident Rəisinin bəyanatlarını təhlil edərkən deyib:

“İran prezidenti Ermənistanın Baş nazirinin müavini ilə görüşdə deyib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda xarici qüvvələrin olmasını istəmirik. Çünki regionda xarici qüvvələrin mövcudluğu nəinki heç bir problemi həll etməyəcək, əksinə daha böyük gərginliklər yaradacaq”. Bunu diplomatik dildən tərcümə etsək, İranla da münasibətlərin pisləşdiyini deyə bilərik. Çünki hakimiyyətdə olanlar rəsmi Tehrana düşmən olan Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışırlar”.

Geqamyan əlavə edib ki, regionda üç böyük dövlət var:

“Rusiya, İran və Türkiyə regionun nəhəng dövlətləridir. Türkiyə bizi məhv etmək istəyir. Rusiya və İranın isə imperiya maraqları var. Əvəzində Ermənistan faktiki olaraq Rusiya və İranla düşmənçilik edir və bununla da Türkiyə üçün asan hədəfə çevrilir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş