Sizin reklam burada
Sizin reklam burada

“Ermənistan Rusiya əməkdaşlıqdan imtina etmir"

“Ermənistan Rusiya əməkdaşlıqdan imtina etmir"
“Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmir, lakin Avropa İttifaqı ilə əlaqələrin qurulması istiqamətində müzakirələr aparır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

Baş nazir Ermənistanın Rusiya ilə yanaşı digər ölkələrlə də təhlükəsizlik məsələləri üzrə danışıqlar apardığını bildirib:

“Biz Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı rədd etdiyimizi deməmişik. Sadəcə bu istiqamətdə əlaqələrimizi şaxələndirmək fikrində olduğumuzu söyləmişik. Bu isə Rusiya ilə əməkdaşlığı dayandırmaq mənasına gəlmir.

Ermənistan təhlükəsizlik sahəsində Avropa İttifaqı ilə müzakirələr aparır. Böyük ölçüdə Fransa, Hindistan, İran, ABŞ-la danışıqlar gedir, iş görülür. Bu ölkələrlə əlaqələrimiz Rusiyaya qarşı deyil. Sadəcə əvvəlki təhlükəsizlik əlaqələrinin bizim ehtiyaclarımızı qarşılamadığının göstəricisidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş