Sizin reklam burada
Sizin reklam burada

"Bu təklif təhlükəsizliyimizi pozur"

"Bu təklif təhlükəsizliyimizi pozur"
ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”, - baş katib bildirib.

Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş