Sizin reklam burada
Sizin reklam burada

"Əməliyyat həyata keçirilə bilməz"

"Əməliyyat həyata keçirilə bilməz"
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı Rəfahda mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Bu barədə Ağ Evin məlumatında deyilir.

Amerika lideri bildirib ki, Rəfah əməliyyatı orada sığınan mülki əhalinin təhlükəsizliyini təmin edəcək plan olmadan həyata keçirilə bilməz.

Tərəflər girovların azad edilməsi səylərini də müzakirə ediblər. Ağ Evin rəhbəri İsrail üçün uzunmüddətli təhlükəsizliyə nail olmaq və HƏMAS hərəkatını məğlub etmək zərurətini dəstəkləyib.

Bayden həmçinin Fələstin vətəndaşları üçün humanitar imkanların artırılması istiqamətində addımların atılmasını müdafiə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş