Sizin reklam burada
Sizin reklam burada

"Silah çatışmazlığı kəskinləşdi"

"Silah çatışmazlığı kəskinləşdi"
Ukrayna Silahlı Qüvvələri artilleriya mərmilərinin ciddi qıtlığı ilə üzləşib.
Bu barədə “Blumberq” Ukrayna müdafiə naziri Rüstəm Umerovun məktubuna istinadən məlumat yayıb.

Bildirilib ki, müttəfiqlərə göndərilən məktubda Ukrayna ordusunun gün ərzində 2 min civarında mərmi istifadə etdiyi məlum olub.

Nazir həmçinin 1,5 min km-lik cəbhə xəttindən söz açıb və silah çatışmazlığının kəskinləşdiyini bildirib.

O, Qərb dövlətlərini Ukrayna Silahlı Qüvvələrini bir milyon mərmi ilə təmin etmək üçün daha çox səy göstərməyə çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş