Sizin reklam burada
Sizin reklam burada

"Qərarsızlığın nəticələri olacaq"

"Qərarsızlığın nəticələri olacaq"
Dörd aydan çoxdur ki, ABŞ Konqresi Ukraynaya təcili ehtiyac duyulan hərbi yardımı maliyyələşdirmək üçün yeni proqramı qəbul edə bilmir. Bu müddət ərzində Amerikanın beynəlxalq reputasiyası dağıdıcı ziyana uğradı və uğramağa davam edir.
Bu barədə ABŞ-ın "Atlantik" jurnalında yayılan təhlildə deyilir.

Qeyd edilir ki, həm Ukraynanın, həm də İsrailin təcili yardıma ehtiyacı var, çünki hər iki dövlətin öz resursları yoxdur:

"Respublikaçılar təkid edirdilər ki, ilk növbədə ABŞ-ın Meksika ilə sərhədinin möhkəmləndirilməsi maliyyələşdirilməlidir. Bayden də sərhəd xərclərini Ukrayna və İsrailə yardım kimi eyni maliyyə paketinə daxil etdi. Həmin 106 milyard dollarlıq paket respublikaçıların müqaviməti səbəbindən hələ də qəbul edilməyib.

Qərarsızlığın nəticələri təkcə Ukrayna və İsrail üçün yox, digərləri üçün də olacaq. Konqresdəki fiaskonun real nəticəsi ABŞ-ın bütün dünyada etibarının çökməsinə gətirib çıxaracaq. Amerika müttəfiqləri daha etibarlı tərəfdaşlardan müdafiə axtaracaqlar və ABŞ-nin özü təcrid olunacaq, zəifləyəcək".

Conflict.az

  • Sosial şəbəkədə paylaş