Sizin reklam burada
Sizin reklam burada

"NATO müharibənin qarşısını almaq üçün yaradılıb"

"NATO müharibənin qarşısını almaq üçün yaradılıb"
NATO Ukraynanı müəyyən mərhələdə tam üzvlüyə dəvət etmək niyyətindədir.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Foks TV”yə müsahibəsində deyib.

O, NATO-nun müharibənin qarşısını almaq üçün yaradıldığını xatırladıb.

“Mən Norveçdənəm, Rusiya ilə həmsərhədik. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırdı. Bu, təxribat deyildi və hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Eyni hüquq İsveç və Finlandiyada, həmçinin Ukraynada da var”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Putinin Ukraynada istədiyinə nail olmaması çox vacibdir, çünki bu, digər avtoritar rejimləri ruhlandıracaq.

“Bu gün Ukraynadır, sabah Tayvan ola bilər. Ona görə də bizim, ABŞ-ın Ukraynanı dəstəkləməsi, həmçinin müəyyən mərhələdə onları Alyansın tamhüquqlu üzvü olmağa dəvət etmək yaxşı haldır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş