Sizin reklam burada
Sizin reklam burada

"Məsuliyyəti iranyönlü qruplar daşıyır"

"Məsuliyyəti iranyönlü qruplar daşıyır"
Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu hərəkətlərə cavab verəcək.
Bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ bazasına hücumla bağlı deyib.

O, hücuma görə məsuliyyəti iranyönlü qrupların daşıdığını bildirib.

Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb. İordaniya bazaya hücumun Suriya ərazisindən edildiyini açıqlayıb.

ABŞ lideri Bayden hazırda Ağ Evdə bununla bağlı təcili iclas keçirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş