Sizin reklam burada
Sizin reklam burada

"Livan dağıdıcı zərbə ilə üzləşəcək”

"Livan dağıdıcı zərbə ilə üzləşəcək”
İsrail xarici işlər naziri İsrael Katz “Hizbullah” terror təşkilanı ölkəsinin sərhədindən uzaqlaşdırmaq üçün diplomatik həll yolu tapmaqda İtaliyadan kömək istəyib.
İsrailli nazir bu barədə Yerusəlimdə italiyalı həmkarı Antonio Tacani ilə görüşündə söz açıb.

“Hizbullah”ı Livanın cənubundan sıxışdırıb çıxarmaq üçün Livan hökumətinə müdaxilə etmələrini xahiş etdim, əks halda Livan özünə gələ bilməyəcəyi dağıdıcı zərbə ilə üzləşəcək”, - Katz Tacani ilə görüşü barədə X sosial şəbəkəsində yazıb.

Katz həmçinin Tacaniyə deyib ki, İsrailin girovları geri qaytarmaq və HƏMAS-ı zərərsizləşdirmək missiyasını başa çatdırmaqdan başqa çarəsi yoxdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş