Sizin reklam burada
Sizin reklam burada

"Ukraynada təhlükəsizlik olmasa, Avropada təhlükəsizlik olmayacaq"

"Ukraynada təhlükəsizlik olmasa, Avropada təhlükəsizlik olmayacaq"
Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq.
Bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya hər iki tərəf üçün çox ağrılı olacaq hansısa güzəştə getməlidir:

“Onlar nə gözləyirlər? Ruslar Krımı, Donbas və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır”.

Bu bəyanatlara cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko qeyd edib ki, ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt ola bilməz:

“Gəlin açıq danışaq: Ukraynada təhlükəsizlik olmasa, nə Slovakiyada, nə də bütövlükdə Avropada təhlükəsizlik olmayacaq. Biz birlikdə çalışmalıyıq ki, Ukraynanın qələbəsi yaxınlaşsın”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş