Sizin reklam burada
Sizin reklam burada

"Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək"

"Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək"
Fransa Prezidenti Emmanuel Makronun “Ermənistanla bağlı tarixi qərar verildi” açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub.
Bunu erməni politoloq Qagik Ambaryan yazıb.

“NATO üzvü olan Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək. Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik.

Vaşinqton, Paris, Moskva, Tehran və güvəndiyimiz digər paytaxtlar nəinki problemlərimizi həll etməyəcək, həm də bizim hesabımıza türklərlə münasibətlərini yaxşılaşdıracaqlar”, – Ambaryan bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş