Sizin reklam burada
Sizin reklam burada

“Qərb elitasının çılğınlığının sərhədi yoxdur"

“Qərb elitasının çılğınlığının sərhədi yoxdur"
“NATO nümayəndəsinin Rusiya ilə münaqişəyə hazırlaşdıqlarını deməsi dəlilikdir”.
Bu barədə RF OP yanında Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov deyib.

O, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauerin yaxın 20 ildə Rusiya ilə münaqişəyə hazırlıq getdiyi barədə səsləndirdiyi fikirə cavab verib:

“Qərb elitasının çılğınlığının sərhədi yoxdur. Ancaq Rusiya ilə münaqişə onların hamısının məhvi demək olacaq. Onları yalnız bu gerçəkliyi başa salmaqla dayandırmaq olar”, – Roqov vurğulayıb.

O, Sovet İttifaqı ilə qarşıdurma illərində Qərb strateqləri tərəfindən hazırlanan “qəbuledilməz zərər” konsepsiyasından da danışıb.

“Qərb çox yaxşı başa düşürdü ki, Sovet İttifaqına hücum etsələr, sağ qala bilməyəcəklər”, – Roqov qeyd edib.

Xatırladaq ki, Rob Bauer NATO-nun yaxın 20 ildə Rusiya ilə münaqişəyə hazırlığı barədə fikir səsləndirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş