Sizin reklam burada
Sizin reklam burada

"Pakistan İrandakı yaraqlılara cavab zərbələri endirdi"

"Pakistan İrandakı yaraqlılara cavab zərbələri endirdi"
Yanvarın 18-də səhər tezdən İranda partlayış səsləri eşidilib.
Bu barədə qubernatorun təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini Əlireza Marhamati bildirib.

Onun sözlərinə görə, İranın cənub-şərqində Pakistanla həmsərhəd olan Saravan, Sistan və Bəlucistan əyalətinin bir neçə bölgəsində partlayış səsləri eşidilib.

Məlumata görə Pakistan İrandakı yaraqlılara cavab zərbələri endirib. Media qeyd edib ki, mərmilər separatçı Bəlucistan Azadlıq Ordusunun yeddi hədəfinə düşüb.

Yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” terror qruplaşmasının bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumudur.

Pakistan Xarici İşlər Nazirliyi İranın öz ərazisinə endirdiyi zərbələri qətiyyətlə pislədiyini bildirib. Pakistan Xarici İşlər Nazirliyi də İranın ölkənin hava məkanını pozmasını pisləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş