Sizin reklam burada
Sizin reklam burada

"Onlar absurd və qəbuledilməzdir”

"Onlar absurd və qəbuledilməzdir”
Rusiyasız Ukraynada dayanıqlı nizamlanmaya nail olmaq mümkün deyil.
Bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova Davosda və "Kophenagen formatı"nda Ukrayna ilə bağlı keçirilən görüşləri şərh edərkən deyib.

“Bu gün Qlobal Cənub və Şərqin getdikcə daha çox ölkəsi, o cümlədən "Kopenhagen formatı"nda keçirilən görüşlərdə iştirak edənlər açıq şəkildə deyirlər ki, Rusiyasız Ukrayna böhranının həllinin mümkün konturlarının müzakirəsi mənasızdır.

"Kopenhagen formatı"nda bütün görüşlər, o cümlədən Davos görüşü və ondan sonrakı raundlar mənasızdır və Ukrayna böhranının həlli üçün zərərlidir. Onların təşkilatçılarının inkişaf etdirməyə çalışdıqları "Ukrayna üçün sülh prinsipləri" reallaşdırıla bilməz, çünki onlar absurd və qəbuledilməzdir”, - Zaxarova bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş