Sizin reklam burada
Sizin reklam burada

"Müxbirlər terrorçu olub"

"Müxbirlər terrorçu olub"
İsrail ordusunda Qətər telekanalının Əl-Cəzirə telekanalının bir müddət əvvəl Qəzza zolağında ölən iki jurnalistinin terror fəaliyyətində iştirak etdiyi barədə məlumat var.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“7 yanvar 2024-cü ildə İsrail qoşunları Rəfah bölgəsində düşmənə məxsus pilotsuz uçan aparatı aşkar edib. Həmin PUA yaxınlıqdakı qoşunlar üçün təhlükə yaradıb. PUA-nın idarə edilən məntəqənin sıradan çıxarılması üçün İsrail təyyarəsi həmin əraziyə göndərilib. Daha sonra Fələstin mediası jurnalistlər Həmzə əl-Dahduh və Mustafa Suryanın bombalanma zamanı həlak olduğunu bildirib”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hər iki jurnalist İsrail hərbçiləri üçün təhlükə yaradan PUA-ların idarə edirmiş:

“Mustafa Surya Qəzza şəhərində HƏMAS briqadasının üzvü və əl-Qadisiyyə batalyonunun komandir müavini olub, Həmzə əl-Dahduh isə radikal İslami Cihad qruplaşmasının fəaliyyətlərində iştirak edib”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş