Sizin reklam burada
Sizin reklam burada

"Hamının ortaq marağı var"

"Hamının ortaq marağı var"
“ABŞ və onun regional tərəfdaşları Yaxın Şərqdə münaqişənin genişlənməsinə imkan vermək istəmir”.
Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində bildirib.

“Müharibənin genişlənməsinə imkan verməmək, yeni cəbhələrin açılmasını və ya eskalasiyanı görməməkdə qərarlıyıq. Bu səfərdə getdiyim hər ölkədən eşitdiklərim bu idi. Biz Türkiyədə, Yunanıstanda, İordaniyada, Qətərdə, BƏƏ-də, Səudiyyə Ərəbistanında idik və İsrail də daxil olmaqla hamının ortaq marağı var - gərginliyin qarşısını almaq”, - o, deyib.

Blinken qeyd edib ki, Vaşinqton bu münaqişənin tez bir zamanda bitməsini istəyir:

“Biz anklavın şimalında əməliyyatın tədricən dayandırıldığını görürük. Qəzzada, xüsusilə də yenə şimalda çox şey əldə etdikləri İsrail qüvvələrinin əhəmiyyətli bir hissəsinin geri çəkildiyini gördük”.

Diplomat əlavə edib ki, İsrail Qəzza zolağında fələstinlilərə effektiv kömək edə biləcək yeganə təşkilat olduğu üçün BMT ilə əməkdaşlıq etməlidir.

ABŞ dövlət katibi yanvarın 4-dən 11-dək Yaxın Şərq və qonşu ölkələrə turnedədir. O, artıq Yunanıstan, İsrail, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədə olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş