Sizin reklam burada
Sizin reklam burada

"Cavablar 2024-cü ildə axtarılmalıdır”

"Cavablar 2024-cü ildə axtarılmalıdır”
“Beynəlxalq ictimaiyyət 2023-cü ildə əsas çağırışlara, o cümlədən silahlı münaqişələrə adekvat cavab verə bilməyib, ona görə də onlara cavablar artıq 2024-cü ildə axtarılmalıdır”.
Bu fikri Budapeştdə xarici ölkə səfirləri üçün təşkil edilən Yeni il ziyafətində çıxış edən Macarıstan Prezidenti Katalin Novak deyib.

Dövlət başçısı bildirib ki, 2023-cü ilin qlobal çağırışları aradan qalxmayıb və hələ də bütün dünyanın birgə səylərini tələb edir.

Novak bu cür çağırışlar arasında başda Ukrayna və Yaxın Şərqdə baş verən hərbi münaqişələri, iqtisadi çətinliklər, bir çox ölkələrdə siyasi qeyri-sabitlik, sosial gərginlik, təbii fəlakətlər, qeyri-qanuni miqrasiya, dezinformasiyanın yayılması, süni intellektin ortaya çıxması, texnoloji şirkətlərin həddindən artıq təsiri olmaqla yanaşı gizli siyasi ambisiyaları olan qeyri-siyasi aktorların fəaliyyəti kimi amilləri adlandırıb.

“Sual doğuran məsələ beynəlxalq ictimaiyyətin və dünya liderlərinin bu çağırışların öhdəsindən necə gələcəyidir. İndiyə qədər verilən cavablar kifayət qədər qeyri-adekvat olub, lakin 2024-cü il böyük imkanlar təqdim edir, çünki bir çox ölkələr dəyişiklik gətirə biləcək prezident və parlament seçkiləri keçirəcək. Seçkilər 76 ölkədə 4 milyarda yaxın insanı əhatə edəcək”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş