Sizin reklam burada
Sizin reklam burada

"Döyüş təyyarəsi göndəriləcək, amma rəsmi açıqlama olmayacaq"

"Döyüş təyyarəsi göndəriləcək, amma rəsmi açıqlama olmayacaq"
Qərbdən F-16 qırıcılarının Ukraynaya tədarükü ilə bağlı rəsmi açıqlama verilməyəcək.
Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin Fransanın rəsmi hərbi mənbələrinə istinadla yazdığına görə, Ukraynaya gizli şəkildə 60-a yaxın döyüş təyyarəsi göndəriləcək, amma rəsmi açıqlama olmayacaq.

Ölkə rəsmisinin sözlərinə görə, qırıcıların tədarükü onlar Ukrayna səmasında görünəndə məlum olacaq.

Məqalədə o da qeyd olunur ki, Qərb tədarük ediləcək F-16-ların sayı ilə bağlı dəqiq açıqlama verməyəcək. Mənbələr Kiyevə 60-a qədər döyüş təyyarəsinin göndəriləcəyini təxmin edirlər.

F-16-ları ilk partiyasının yaxınlarda Danimarkadan göndəriləcəyi gözlənilir.

Almaniya mediası Ukrayna ordusunun F-16-ları aldıqdan sonra yenidən hücuma keçəcəyini bildirir.

Ukraynalı hərbi mütəxəssislər sözügedən döyüş təyyarələrinin Rusiya ilə müharibədə dönüş yaradacağını düşünürlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş