Sizin reklam burada
Sizin reklam burada

"Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur"

"Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur"
Pentaqonun rəhbəri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəziyyətə görə istefa göndərilməsi planşdırılmır.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
"L.Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur", - deyə qeyd olunub.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden L.Ostinə və müdafiə nazirinin “son üç illik işində çoxsaylı böhran vəziyyətlərini idarə etmə tərzinə” hörmət edir. C.Kirbi əlavə edib ki, Pentaqonun rəhbəri xəstəxanada olarkən öz vəzifələrini icra etməyə başlayıb.

Qeyd edək ki, bundan əvvəl L.Ostin əvvəllər açıqlanmayan tibbi prosedurdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş