Sizin reklam burada
Sizin reklam burada

“Klin” İran pilotsuz təyyarələri üslubunda hazırlanıb"

“Klin” İran pilotsuz təyyarələri üslubunda hazırlanıb"
Rusiya "Klin” PUA-sını ucuz, lakin son dərəcə təhlükəli pilotsuz təyyarə kimi təqdim edir.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Kovalenkonun fikrincə, “Klin” daha çox İran "Şahid 131/136" pilotsuz təyyarələri üslubunda hazırlanıb:

"Düşmən Tehrandan asılı olmadan istehsal qurmağa çalışır. Dərhal qeyd etməliyəm ki, bu məhsul ZALA AERO-nun “Cub” PUA-sına çox bənzəyir. Lakin “Cub” PUA-sı o zaman yaradıcılarının ümidlərini doğrultmadı, çünki onun döyüş başlığının kütləsi az idi və məhdud uçuş müddəti var idi, 30 dəqiqə".

Ekspert istisna etmir ki, Rusiya indi “qızıl orta” tapmağa çalışır:

"İran konsepsiyasından istifadə edərək, öz məhsullarını mövcud proqramlarda birləşdirir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş