Sizin reklam burada
Sizin reklam burada

"Çin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrlə fəaliyyətini genişləndirəcək"

"Çin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrlə fəaliyyətini genişləndirəcək"
Çinin Baş Mülki Aviasiya İdarəsi 2024-cü ildə ABŞ-a birbaşa uçuşların sayını artırmağı planlaşdırır.
Bu barədə idarənin saytında bildirilib.

"Biz 2024-cü ildə Çin ilə ABŞ arasında birbaşa uçuşların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün çalışacağıq", - deyə qeyd olunub.

Rəsmi məlumatlara görə, hazırda Çin və ABŞ arasında müntəzəm birbaşa sərnişin reyslərinin sayı həftədə 63-ə çatıb.

Hesabatda deyilir ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrlə hava hüququ sazişlərini fəal şəkildə genişləndirəcək və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları ilə əməkdaşlığı dərinləşdirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş