Sizin reklam burada
Sizin reklam burada

"NATO Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb"

"NATO Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb"
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami bəyan edib ki, prezident olduqdan sonra ABŞ-ı NATO-dan çıxaracaq.
Bu barədə "Politiko" məlumat yayıb.

Qeyd olunur ki, Ramasvami respublikaçı tərəfdarlar arasında populyarlıq baxımından ilk dördlükdədir.

Prezidentliyə namizəd kampaniyasının sözçüsü Trişa Maklaflin alyans haqqında nə edəcəyini birbaşa şərh etməkdən imtina edib, lakin Ramasvaminin mövqeyini inkar etməyib:

"Vivek NATO müttəfiqlərinin əksəriyyətinin hərbi investisiya öhdəliklərini yerinə yetirməməsindən ciddi narahatdır və lazım gələrsə, öz dəstəyimizi nəzərdən keçirəcək.

O, həmçinin hesab edir ki, Soyuq müharibədən sonra NATO-nun ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb".

Conflict.az

  • Sosial şəbəkədə paylaş