Sizin reklam burada
Sizin reklam burada

"Administrasiya siyasi riskə görə geri çəkilə bilmir”

"Administrasiya siyasi riskə görə geri çəkilə bilmir”
ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq.
Bu barədə "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalı siyasətçiyə istinadən yazıb.

Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar.

“İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq”, - nəşr bildirib.

Vurğulanıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyi açıq elan edə bilməyəcək:

“Bu müzakirələr başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş