Sizin reklam burada
Sizin reklam burada

"NATO Rusiyanın mümkün hücumuna cavab üçün regional planlar hazırlayır"

"NATO Rusiyanın mümkün hücumuna cavab üçün regional planlar hazırlayır"
2024-cü ilin əvvəlində İspaniya Slovakiyaya hərbi qüvvə göndərəcək.
İspaniya yanvardan NATO-nun şərq cinahını qorumaq üçün Slovakiya sərhədində qüvvə və texnika yerləşdirməyə başlayacaq.

Yeni missiyaya 600 hərbçi, “Leopard” tankları və helikopterlər daxil olacaq.

NATO-nun Rusiyanın mümkün hücumuna cavab vermək üçün regional planlar hazırladığı bildirilir. NATO hərbi komitəsinin rəisi, admiral Rob Bauer bəyan edib ki, alyans üçün ən böyük təhlükə Rusiya və terrorçu qruplaşmalardır.
Hələ yayda Rusiya Müdafiə Nazirliyi NATO-dan təhdidlərinin artması səbəbindən qərb sərhədlərində hərbi qüvvələrini artıracaqlarını açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş