Sizin reklam burada
Sizin reklam burada

"Atəşkəs lazımdır"

"Atəşkəs lazımdır"
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi humanitar qətnamə Qəzzada vəziyyəti dəyişməyəcək, bunun üçün atəşkəs lazımdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"BMT Təhlükəsizlik Şurasının yeni 2720 saylı qətnaməsi, hərbi əməliyyatların dayandırılması üçün əsas tələb olmadan, bu fəlakətli vəziyyəti düzəldə bilməz. BMT-nin Baş katibi və ixtisaslaşmış humanitar qurumların rəhbərləri Qəzzaya yardımın çatdırılmasının mümkünsüzlüyünü dönə-dönə vurğulayırlar", - Rusiya XİN-dən verilən bəyanatda qeyd olunub.

Qeyd edək ki, daha öncə BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS-dan Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağı tələb edən qətnamə qəbul edib, həmçinin BMT Baş katibini bu yardımın çatdırılması üçün koordinator təyin etməyə çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş