Sizin reklam burada
Sizin reklam burada

"Qarabağ məsələsinin mümkünsüzlüyü haqda xalqa açıq danışmamışıq"

"Qarabağ məsələsinin mümkünsüzlüyü haqda xalqa açıq danışmamışıq"
44 günlük müharibədən sonra və ondan əvvəl də bizi satqınlıqda, təslim olmaqda ittiham edirdilər, yəni nə Ermənistanın, nə də Dağlıq Qarabağın hüquqlarını qorumaq üçün heç bir səy göstərməmişik. Bu arada, əgər bizə qarşı obyektiv ittiham varsa, o, başqa şeydir - Qarabağ məsələsi ilə bağlı erməni ideya və istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyü haqda xalqa açıq danışmamışıq.
Bu sözləri yerli mediaya müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, istənilən hökumət bunun mümkün olmadığını deməzdən əvvəl təkliflə çıxış etməli idi:

“Beləliklə, biz nə etməliyik? Bizi belə vəziyyətə salan da elə bu “beləliklə” sosial-psixoloji, şüuraltı mümkünsüzlüyü idi. Bu mümkünsüzlük ondan ibarət deyil ki, Ermənistanda neqativ proseslər başlayacaq, qeyri-sabitlik olacaq. Problem bu deyil, problem ondadır ki, bütün bunlarla barışmaq şəxsən mənə, dövlət məmurlarına, Ermənistan Respublikasının minlərlə vətəndaşına çətin idi.

Biz daxilən bununla barışıb, ictimaiyyətdən gizlətmirdik, əksinə, mən özüm bununla barışmırdım, çünki bunun alternativi yox idi. İndi təsəvvür edin, deyirik: camaat, bizim vəziyyətimiz belədir, əraziləri qaytarırıq, “dq”nin indiki statusunu sıfırlayırıq, “dq”nin gələcək statusu ilə bağlı heç bir əminlik yoxdur, üstəlik, ən yüksək beynəlxalq orqanlarda nə qərar verildiyi dəqiqdir.

Yəni, əslində, müdrik siyasətçinin məntiqi ilə gedirsənsə, o zaman artıq 2019-cu ildə müdrik siyasətçinin bəyanatı belə olmalı idi ki, 7 rayon təslim edilir, “dq”nin indiki statusu sıfırlanır: niyə və necə, sonra deyəcəm!
Ən azı (yaxşı halda) Dağlıq Qarabağda Ermənistan-Azərbaycan birgə idarəçiliyi qurulmalı idi və Dağlıq Qarabağda azərbaycanlılar çoxluq təşkil etməyənə qədər Dağlıq Qarabağın statusu müəyyənlik olmayacaqdı”.

Paşinyan bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində heç vaxt bu məsələnin həllini təklif edən variant olmayıb:

“Madrid prinsiplərindən sonra müzakirə olunan bütün variantlar Qarabağ probleminin həll edilməməsini nəzərdə tuturdu. Yalnız 1999-cu ildə bir variant var idi, imzalansa, Dağlıq Qarabağ probleminin həll olunduğunu söyləmək olardı. Bu, Mehri və “dq”in mübadiləsi variantı idi. Yəni Mehri Azərbaycana, Dağlıq Qarabağ isə Ermənistana birləşdirilir. Dağlıq Qarabağ probleminin başqa həll yolu yox idi.

Bu problem konkret olaraq ona görə yaradılıb ki, “dq” məsələsi Ermənistanın üzərindən “Domokl qılıncı” kimi asılsın - ola bilsin, elə Azərbaycan üzərindən də”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş