Sizin reklam burada
Sizin reklam burada

"Ukraynaya yardım üçün məbləğin 96 faizi xərclənib"

"Ukraynaya yardım üçün məbləğin 96 faizi xərclənib"
ABŞ administrasiyası Ukraynaya yardım üçün cəmi 1 milyard dolları var, lakin bu məbləğin 96 faizi Pentaqon tərəfindən artıq xərclənib, qalan 4 faizi isə bu ayın sonunda Kiyevə veriləcək.
Bu barədə Ağ Evin mətbuat katibi Krin Jan-Pyer deyib.

"ABŞ-ın Kiyevə verdiyi silahları əvəz etmək üçün 1 milyard dollara yaxın vəsaitimiz qalıb. Bu əvəzetmə üçün nəzərdə tutulan vəsaitlərin təxminən 96 faizi artıq istifadə olunub. ABŞ Müdafiə Nazirliyi isə bu ay qalan 4 faizi bölüşdürməyə hazırlaşır", - deyə o bildirib.

O qeyd edib ki, silahları əvəz etmək üçün vəsaitimiz bitən kimi biz öz [silah] ehtiyatlarımızı doldura bilməyəcəyik, Ukraynaya tədarük edilənləri əvəz edə bilməyəcəyik.

Conflict.az

  • Sosial şəbəkədə paylaş