Sizin reklam burada
Sizin reklam burada

“Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır"

“Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır"
Bu addım tərəflər arasında inam yaratmağa imkan verir. Sülhə nail olmaq üçün biz körpülər tikməliyik, divarlar çəkməməliyik və ya bir-birimizə daha böyük inamsızlıq yaratmamalıyıq.
Bu sözləri Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycanın erməni əsirləri təhvil verməsi haqda Ermənistan İTV-yə açıqlamasında qeyd edib.

O, Azərbaycanın bu addımını müsbət qiymətləndirdiyini bildirib:

“Yekun sülhün bağlanması üçün etimad mühiti lazımdır. 32 hərbi əsirin qaytarılması Ermənistan üçün vacib və fundamental addımdır”.

Qeyd edək ki, bu gün sərhəddə Azərbaycan 32 erməni əsiri, Ermənistan isə 2 azərbaycanlı hərbi əsiri azad edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş