Sizin reklam burada
Sizin reklam burada

Finlandiya AB-nin sanksiyalarına məruz qalan Rusiyaya məhsul ixrac etməkdə şübhəli bilinir

Finlandiya AB-nin sanksiyalarına məruz qalan Rusiyaya məhsul ixrac etməkdə şübhəli bilinir
Finlandiyadan olan 2 şirkət Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyaya 3 milyon avrodan çox məbləğdə məhsul ixrac etməkdə şübhəli bilinir. Söhbət 3500-ə yaxın drondan gedir.
Bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

İlkin araşdırma zamanı fəaliyyətin Rusiyadan idarə oluna biləcəyinə dair əlamətlər aşkarlanıb.

Məlumata görə, bu məqsədlə geniş beynəlxalq şirkətlər şəbəkəsi qurulub, onun vasitəsilə tədarük maliyyələşdirilib.

Finlandiyanın gömrük orqanlarına malların Qazaxıstana aparılması barədə məlumat verilsə də, ilkin araşdırma zamanı Rusiyaya göndərildiyi üzə çıxıb.

Qanunsuz fəaliyyətin 6 şübhəlisi var. İki şirkətlə əlaqəli olduğu iddia olunan 1 nəfər artıq həbsdədir. Digər 5 şübhəli isə məhkəmə qərarına qədər azadlıqda qalacaq.

Finlandiyanın gömrük xidməti bu ilin yayında faktla bağlı araşdırmalara başlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş