Sizin reklam burada
Sizin reklam burada

“Şahid”lər əsasən Ukraynanın arxa cəbhəsində istifadə olunur"

“Şahid”lər əsasən Ukraynanın arxa cəbhəsində istifadə olunur"
Rusiya ordusu məhvetmə və itki nisbətini artırmaq üçün “Şahid” PUA-larına məqsədyönlü şəkildə termobarik döyüş başlıqları quraşdırır.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Şahid”lər əsasən Ukraynanın arxa cəbhəsində istifadə olunur, əksər hallarda bu kamikadze dronlarının qurbanları mülki şəxslərdir. Yəni “Şahid” silah deyil, terror vasitəsidir. Öz növbəsində, termobarik silahlar öz kateqoriyasında ən güclü qeyri-nüvə silahları hesab olunur”, - ekspert bildirib.

Onun sözlərinə görə, TOS-1A “Sontsepik” bütün çatışmazlıqlarına baxmayaraq, onun MO.1.01.04 M raketi öz kateqoriyasında ən güclü silahdır:

“Yəni, ruslar məqsədyönlü şəkildə belə təhlükəli döyüş başlıqlarını “Şəhid”lərin üzərinə yerləşdirirlər ki, dağıntı və itki artsın. Buna nə ad verirlər? Bəlkə BMT düzgün cavabda kömək edər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş