Ölkəmizdəki miqrantlar Rusiya qanunlarına və ənənələrinə hörmət etməlidir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu o deməkdir ki, insanlar dil və etnomədəni baxımdan hazır olmalıdırlar. Əmək miqrantları rus adət-ənənələrini bilməli, qanunlara və onlara əməl etməlidirlər”, - Kreml rəhbəri bildirib.
Putin eyni zamanda əlavə edib ki, MDB ölkələrində rus dilinin tədris olunduğu məktəblər açılır, digər tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Conflict.az