Sizin reklam burada
Sizin reklam burada

"NATO-nun belə imkanları yoxdur"

"NATO-nun belə imkanları yoxdur"
NATO-nun döyüş gücü və ya müdafiə qabiliyyəti onun Rusiyanı işğal niyyətindən çəkindirmək bacarığı ilə müəyyən edilməlidir.
Bunu almaniyalı hərbi ekspert Kristian Mellinq deyib.

Hazırda NATO-nun belə imkanları yoxdur. Bütün NATO ölkələri də bununla razılaşır. İndi Avropada Rusiya ordusuna müqavimət göstərməyə imkan verəcək nə ordu, texnika, qərargah, nə də bir çox başqa elementlər var. Avropanın müdafiə qabiliyyəti çox aşağı səviyyədədir, deyə Mellinq bildirib.

Hərbi ekspert başqa bir məqama da diqqət çəkib:

“Hətta Rusiya Prezidenti Vladimir Putin də bu mesajı vermişdi ki, Rusiya NATO ilə birbaşa hərbi toqquşma istəmir. Amma kimsə bunu istəsə, Moskva hazır durumda olacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş