Sizin reklam burada
Sizin reklam burada

"Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir"

"Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir"
İsrailin Qəzza zolağında hərbi əməliyyatının məqsədi Fələstin anklavının demilitarizasiyası və deradikallaşdırılmasıdır.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

"HƏMAS-ı məğlub etdikdən sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarizasiya edirik, ikincisi, Qəzzanı deradikallaşdırırıq. Eyni şey Almaniya, Yaponiya və s. ölkələrdə də edilib", - baş nazir söyləyib.

O, həmçinin bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşmalar yerinə yetirildikdən sonra İsrail HƏMAS-la mübarizəni davam etdirəcək, çünki radikal Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş