arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Paşinyanın mətbuat konfransı vaxt itkisi idi"

"Paşinyanın mətbuat konfransı vaxt itkisi idi"
Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi.
Bu sözləri erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın 24 noyabrda diaspor və yerli fəallar üçün keçirdiyi mətbuat konfransı haqda qeyd edib.

“Paşinyan oxşar mətbuat konfransları keçirən Putini yamsılamağa çalışdı. Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanın məsələsində belə bir anlayış yox idi, sadəcə olaraq, Baş naziri qəzəbləndirməmək üçün belə sualları seçmişdilər”, - ekspert qeyd edib.

Badalyan vurğulayıb ki, hakim partiyanın reytinqi düşsə də, yenə də rəqiblərinin reytinqindən yüksəkdir və əsas problem də budur:

“Amma bu, Ermənistan hakimiyyətinin formalaşmasında əsas amil deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş