Sizin reklam burada
Sizin reklam burada

"İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib"

"İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib"
ABŞ İranın Rusiyaya Ukrayna müharibəsi üçün yaxınmənzilli qabaqcıl ballistik raketlər verəcəyindən ehtiyatlanır.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, narahatlıq xüsusən sentyabr ayında Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri və orada “Əbabil” və “Fateh-110” ballistik raketlərinə baxış keçirməsindən sonra artıb.

Kirbi xatırladıb ki, İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş