Sizin reklam burada
Sizin reklam burada

"Zelenski danışıqlar üçün Trampla əlaqə saxlamağa çalışır"

"Zelenski danışıqlar üçün Trampla əlaqə saxlamağa çalışır"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etməyə hazır olduğunu bildirib.
Bu barə "Fox News"a müsahibəsində danışıb.

O vurğulayıb ki, əgər Ağ Evin keçmiş rəhbərinin konkret sülh planı varsa, o zaman bu barədə danışa bilər.

"Gəlin onunla danışaq və ona sülh düsturunda hansı addımların olduğunu göstərmək imkanı verək. Mən hazıram", - Zelenskidən bildirib.

Daha əvvəl Strana.ua bildirmişdi ki, Zelenski danışıqlar üçün Trampla əlaqə saxlamağa çalışır.

Mart ayında Donald Tramp əmin edib ki, yenidən dövlət başçısı seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş